“WhatsApp”da nasazlıq yaranıb

“WhatsApp”da nasazlıq yaranıb “WhatsApp”ın fəaliyyətində nasazlıq müşahidə edilir.
Digər ölkələr
4174
15 İyul , 2020 00:36
“WhatsApp”da nasazlıq yaranıb

“WhatsApp”ın fəaliyyətində ciddi nasazlıq müşahidə edilir.

”Report” xəbər verir ki, sosial şəbəkənin işində problemlər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da, Niderlandda da müşahidə olunur.

Qeyd edək ki, sosial şəbəkədə yaranmış problemlə bağlı müxtəlif şayiələr yayılıb. Bəziləri bunun yalnız Azərbaycanda müşahidə edildiyini, guya təxribat xarakter daşıdığını bildirir. Lakin əslində belə deyil. Qeyd etdiyimiz kimi, sosial şəbəkədəki bu problem dünyanın bəzi ölkələrində müşahidə edilir.

Dünyanın aparıcı internet resurslarının fəaliyyətini izləyən "Downdetector" saytı da “WhatsApp”ın fəaliyyətində problemlərin yarandığını bildirib.