"Washington Post": Suriyada əlacsız qalan insanların tək ümidi Türkiyədir

"Washington Post": Suriyada əlacsız qalan insanların tək ümidi Türkiyədir ABŞ-ın məşhur “Washington Post” qəzeti Qərb ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinə laqeyd qaldığını yazıb.
Digər ölkələr
27 Fevral , 2020 10:20
Washington Post: Suriyada əlacsız qalan insanların tək ümidi Türkiyədir
google.az

ABŞ-ın məşhur “Washington Post” qəzeti Qərb ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinə laqeyd qaldığını yazıb.

“Report” xəbər verir ki, qəzetin bugünkü baş yazısında İdlibdəki insanlıq dramından bəhs edilib.

Qəzetdə Qərb hökumətlərinin Suriyada davam edən vətəndaş müharibəsindən bezar olduğu, başlarının daxili gündəmdəki qütbləşməyə qarışdığına görə diqqətin çəkildiyi vurğulanıb.

Yazıda həmçinin 900 min köçkünün Bəşşar Əsəd rejimi və Rusiya hücumlarından qaçaraq Türkiyə sərhədinə sığındığı bildirilir:

“Oradakı əlacsız qalan insanların tək ümidi son həftələrdə bölgəyə minlərlə hərbçi, tank və top göndərən Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğan Bəşşar Əsəd rejiminin bu həftəsonunadək geri çəkilmədiyi təqdirdə hücum edəcəyini bəyan edib”.

Bundan əlavə, yazıda ABŞ və Avropa ölkələri Suriyada insanlıq dramına son qoyulması naminə Prezident Vladimir Putinə qarşı birləşməyə çağırılır: “ABŞ və Avropa ölkələrinin Putinə hücumları dayandırması, atəşkəsi təmin etməsi və humanitar yardımın İdlibə çatdırılmasını təmin etmək üçün təcili təzyiq etməsi vacibdir”.

Son xəbərlər

Orphus sistemi