Vyetnamda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Vyetnamda hərbi təlim təyyarəsi qəzaya uğrayıb "L-39" təlim-döyüş təyyarəsi təlim uçuşu zamanı düyü sahəsinə düşüb
Digər ölkələr
26 Avqust , 2016 15:09
Vyetnamda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Vyetnamın mərkəzində yerləşən Fuyen vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində yeganə şəxs olan pilot dünyasını dəyişib.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, "L-39" təlim-döyüş təyyarəsi təlim uçuşu zamanı düyü sahəsinə düşüb.

Hadisə ilə bağlı istintaq işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.

Asiyanın bu ölkəsində iyun ayından bəri pilotların ölümü ilə nəticələnən təyyarə qəzaları üçüncü dəfə baş verib.

Müdafiə Nazirliyinin rəsmi mövqeyinə rəğmən, "Thanh Nien" qəzeti təyyarənin avtomobil yoluna düşdüyünü və nəticədə həmin yolda olan naməlum bir nəfərin öldüyünü yazıb.

Son xəbərlər

Orphus sistemi