Bakı. 28 yanvar. REPORT.AZ/ Xoşimin şəhəri rayonlarından birində Vyetnam Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, "UH-1" vertolyotu təlim uçuşu zamanı havaya qalxdıqdan 8 dəqiqə sonra yerə düşüb. Pilotların dördü də ölüb.
Bu vertolyotlar ABŞ istehsalıdır. Vyetnam müharibəsi zamanı həmin helikopterlər Cənubi Vytenamı dəstəkləmək üçün ABŞ tərəfindən verilib.