Vyetnamda dövlət çevrilişinə cəhddə ittiham edilən qrup üzvləri azadlıqdan məhrum edilib

Vyetnamda dövlət çevrilişinə cəhddə ittiham edilən qrup üzvləri azadlıqdan məhrum edilib Bakı. 30 dekabr. REPORT.AZ/ Vyetnamda məhkəmə hökuməti devirməyə cəhddə ittiham olunan 9 nəfər barəsində müxtəlif müddətlərdə cəza hökmü çıxarıb.
Digər ölkələr
30 Dekabr , 2017 05:53
Vyetnamda dövlət çevrilişinə cəhddə ittiham edilən qrup üzvləri azadlıqdan məhrum edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Vyetnamda məhkəmə hökuməti devirməyə cəhddə ittiham olunan 9 nəfər barəsində müxtəlif müddətlərdə cəza hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlar həmçinin dövlət əleyhinə təbliğatda təqsirləndiriliblər. Bununla yanaşı, müttəhimlər hökuməti devirməyə çağıran vərəqələri yaymaqda da ittiham ediliblər.

"ANTV"-nin məlumatına görə, məhkəmənin hökmünə əsasən 42 yaşlı Ta Tan Lok 14 il müddətinə azadlıqdan məhrum olunub. Onun 8 cinayət əlbiri isə 3 ildən 13 il müddətinə qədər azadlıqdan məhrumedilmə cəzaları alıblar.

Məhkəmə həmçinin qrupu xarici irticaçı qruplaşma ilə əlaqədə ittiham edib.

Son xəbərlər

Orphus sistemi