Vyetnamda daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO

Vyetnamda daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO Bakı. 13 dekabr. REPORT.AZ/ Vyetnamda ölkənin mərkəz hissəsini cənginə alan leysan yağışları nəticəsində baş verən daşqınlar 14 nəfərin ölümü ilə nəticələnib, daha 1 nəfər isə itkin düşüb.
Digər ölkələr
13 Dekabr , 2018 11:45
Vyetnamda daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Vyetnamda ölkənin mərkəz hissəsini cənginə alan leysan yağışları nəticəsində baş verən daşqınlar 14 nəfərin ölümü ilə nəticələnib, daha 1 nəfər isə itkin düşüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Vyetnamın mərkəzi hissəsində güclü leysan yağışları dekabrın 8-də başlayıb.

Təbii fəlakətlər barədə xəbərdarlıq və onların qarşısının alınması üzrə Komitədən (NDPC) bildirilib ki, təbii fəlakətdən ən çox zərəri Bindin vilayəti görüb. Vilayətdə 6 nəfər daşqınların qurbanı olub. Eyni zamanda Kuanqnam, Kuanqçi və Txıatxen Hyue vilayətlərində bir neçə nəfər ölüb.

Hökumətin məlumatlarına görə, bölgədə onminlərlə ev su altında qalıb. Dekabrın 12-nə olan məlumata görə, su səviyyəsi artıq azalır və yerli sakinlər fəlakətin törətdiyi fəsadları aradan qaldırmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi