Vyetnamda daşqınlar 11 nəfərin ölümünə səbəb olub

Vyetnamda daşqınlar 11 nəfərin ölümünə səbəb olub Təbii fəlakət nəticəsində 30 mindən çox ev su altında qalıb
Digər ölkələr
15 Oktyabr , 2016 19:37
Vyetnamda daşqınlar 11 nəfərin ölümünə səbəb olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Vyetnamda güclü daşqınlar ən azı 11 nəfərin ölümünə səbəb olub.

"Report"un məlumatına görə, bu barədə "Indian Express" nəşri xəbər yayıb.

Məlumata görə, güclü daşqınlar zamanı on minlərlə zərər çəkib. "İndi bizim prioritet vəzifəmiz - insanların həyatlarını xilas etməkdir", - deyə yerli məmurlardan biri qəzetə bildirib.

Nəşrin məlumatına görə, daşqınlar nəticəsində 30 mindən çox ev su altında qalıb.

Hakimiyyət orqanları təbii fəlakətdən zərər çəkmiş ərazilərdə içməli suyun və qida məhsullarının çatdırılmasını təşkil edir. Daşqınların olduğu regiona aviareyslər ləğv edilib.

Qeyd edək ki, güclü yağışlar çərşənbə günündən davam edir. Daşqınlar ölkənin şimalı və cənubu arasında nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub. Buna görə də zərər çəkmiş rayonlara yardımların çatdırılması çətinləşib.

Son xəbərlər

Orphus sistemi