Bakı. 10 noyabr. REPORT.AZ/ Bu mövsümdə 24-cü, "Haikui" adını almış yeni Sakit okean tropik fırtınası Filipindən qərbdə, Cənubi Çin dənizində yaranıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Vyetnamın meteoroloji xidmətinin yaydığı məlumatına əsasən, bir neçə gün sonra o, Vyetnam üçün təhlükə yarada bilər.
Bildirilir ki, siklon güc toplayaraq, şimal-qərb istiqamətində yerini dəyişir. Sinoptiklər hələlik mərkəzində küləyin sürətinin saatda təxminən 90-105 kilometr təşkil edəcək tufanın dəqiq istiqamətini proqnozlaşdırmırlar.
Amma onlar istisna etmirlər ki, təbii hadisə bir neçə gün sonra Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlığı sammitində iştirak etmək üçün bir çox ölkələrin liderlərinin yığışdığı Dananq ərazisinə çata bilər.