Vyetnamda barda yanğın baş verib: 13 ölü

Vyetnamda barda yanğın baş verib: 13 ölü Hadisənin başvermə səbəbləri barədə dəqiq məlumat verilmir
Digər ölkələr
1 Noyabr , 2016 22:05
Vyetnamda barda yanğın baş verib: 13 ölü

Bakı. 1 noyabr. REPORT.AZ/ Vyetnamda fəaliyyət göstərən barlardan birində güclü yanğın baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə Hanoyda qeydə alınıb. Hadisə zamanı 13 nəfər ölüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğının baş verdiyi barda yanğın əleyhinə təhlükəsizlik normaları sertifikatı olmayıb.

Hadisənin başvermə səbəbləri barədə dəqiq məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi