Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib

Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib Vyetnam Sosialist Respublikasının Milli Məclis (birpalatalı parlamenti) Nquen Suan Fuku ölkənin yeni prezidenti seçib
Digər ölkələr
5 Aprel , 2021 07:01
Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib
Nquen Suan Fuk

Vyetnam Sosialist Respublikasının Milli Məclis (birpalatalı parlamenti) Nquen Suan Fuku ölkənin yeni prezidenti seçib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Parlamentin nəzarət komissiyası bildirib ki, 2016-cı ildən baş nazir postunu tutmuş 67 yaşlı Nquen Suan Fukun namizədliyini Milli Məclisin deputatlarının 97,5%-i dəstəkləyib.

Nquen Suan Fuk prezident postunda Vyetnamın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nquen Fu Çonqu əvəz edib.

Kommunist Partiyasının başçısı 2016-cı ildən 2021-ci ilə qədər bu vəzifəni tutmalı olan prezident Çan Day Quanqın ağır xəstəlikdən ölüm səbəbi ilə 2018-ci ilin oktyabrında ölkə prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi