Yuxarı

Vyanada İranın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə görüşür

Görüşün yekununda hesabat dərc olunacaq və beləliklə, Tehrana qarşı tətbiq olunan sanksiyaların ləğvi prosesi başlayacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Vyanada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ABŞ dövlət katibi Con Kerrinin görüşü davam edir.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, İranın nüvə proqramına dair Kompleks Fəaliyyət Planının müzakirə olunduğu görüşün yekununda hesabat dərc olunacaq və beləliklə, Tehrana qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların ləğvi prosesi başlayacaq.

Xatırladaq ki, ötən il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi