Yuxarı
    Bağlamaq

    Vyanada İran və "altılıq" ölkələri arasında nüvə danışıqlarının növbəti mərhələsi keçiriləcək

    Danışıqlar öncəsi hər iki tərəf yekun sazişin mətnində hələ də razılaşdırılmamış məqamların olduğunu qeyd edib

    Bakı. 27 İyun. REPORT.AZ/ İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair danışıqların növbəti mərhələsi bu gün Vyanada baş tutacaq.

    "Report"un TASS agentliyinə isrtinadən verdiyi xəbərə görə, bu məqsədlə ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avstriyanın paytaxtına gələcəklər.

    İran və "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramının dinc məqsədlərə xidmət edəcəyini müəyyənləşdirən yekun sənəd iyun ayının 30-dək qəbul edilməlidir. Bununla da on iki ildən artıq davam edən diplomatik çəkişmələrə son qoyulacağına ümid edilir.

    Danışıqlar öncəsi hər iki tərəf yekun sazişin mətnində hələ də razılaşdırılmamış məqamların olduğunu qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi