Vyanada İran və “altılıq” dövlətləri arasında görüş keçiriləcək

Vyanada İran və “altılıq” dövlətləri arasında görüş keçiriləcək Rəsmi Tehran bəyan edir ki, İran razılaşmaya əsasən üzərinə düşən bütün öhdəlikləri dəqiq yerinə yetirib
Digər ölkələr
18 Oktyabr , 2015 15:44
Vyanada İran və “altılıq” dövlətləri arasında görüş keçiriləcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 19-da Vyanada İranın və “altılıq” (ABŞ, Almaniya, Fransa, Russiya, Çin, Böyük Britaniya) ölkələrinin nümayəndələri arasında nüvə danışıqları ilə bağlı görüş keçiriləcək.

İranın vitse-prezidenti və Atom Energisi Təşkilatının sədri Əli Əkbər Salehinin açıqlamasına görə, tərəflər cari il iyulun 14-də əldə etdikləri razılaşma üzrə həyata keçiriləcək işlərin icra mexanizmini müzakirə edəcəklər. Görüşdə İran nüvə proqramını məhdudlaşdırmaq planını təqdim edəcək. Eyni zamanda, ABŞ və danışıqlarda iştirak edən digər beş dövlət İrana qarşı tətbiq edilən beynəlxalq iqtisadi sanksiyaların aradan qaldırıldığını bəyan edəcəklər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran razılaşmaya əsasən üzərinə düşən bütün öhdəlikləri dəqiq yerinə yetirib.

Xatırladaq ki, İran ilə Qərb ölkələri arasında imzalanan və nüvə proqramının məhdudlaşdırılması müqabilində rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan saziş ABŞ və İran parlamentləri tərəfindən ratifikasiya edilib.

Son xəbərlər

Orphus sistemi