Bakı. 21 aprel. REPORT.AZ/ Serbiyanın hazırkı baş naziri Aleksandar Vuçiç 55,08 faiz səs çoxluğu ilə ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
"Report" xəbər verir ki, Respublika Seçki Komissiyasının (RSK) iclasında təsdiq olunan yekun nəticələr belədir.
"Prezident seçkilərinin yekun nəticələrinə əsasən, hakim koalisiyanın namizədi olan Aleksandar Vuçiç 55,08% səs toplayıb", - deyə RSK-nin məlumatında bildirilir.