Vuçiç nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Vuçiç nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb Serbiya prezidenti Aleksandr Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Digər ölkələr
25 Dekabr , 2023 01:43
Vuçiç nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Serbiya prezidenti Aleksandr Vuçiç paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

“Report” xəbər verir ki, bu barədə TV Pink məlumat yayıb.

Qeyd edək ki, dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar.

Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.

Son xəbərlər

Orphus sistemi