Volqoqradda hərbi hissədə yanğın olub

Volqoqradda hərbi hissədə yanğın olub Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib.
Digər ölkələr
16 noyabr 2023 06:29
Volqoqradda hərbi hissədə yanğın olub

Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib.

“Kotluban yaşayış məntəqəsinin yaxınlığında yerləşən hərbi hissə ərazisində yanğın baş verib. Yanğın FHN və Müdafiə Nazirliyinin qüvvələri ilə operativ olaraq lokallaşdırılıb və söndürülüb. Xəsarət alanlar yoxdur, mülki obyektlərə ziyan dəyməyib”, - qubernator deyib.

Hazırda yanğının başlama səbəbləri aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi