Vladimir Putin və Angela Merkel G20 sammitinə hazırlığı müzakirə ediblər

Vladimir Putin və Angela Merkel G20 sammitinə hazırlığı müzakirə ediblər Moskvada Rusiya prezidenti və Almaniya kansleri arasında görüş baş tutub
Digər ölkələr
2 May , 2017 17:57
Vladimir Putin və Angela Merkel G20 sammitinə hazırlığı müzakirə ediblər

Bakı. 2 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Moskvada baş tutan görüşdə G20 sammitinə hazırlıq, Suriya və Ukraynadakı vəziyyət müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə V.Putin danışıqlardan ardından keçirilən mətbuat konfransında məlumat verib.

"Beynəlxalq problemləri, o cümlədən Suriya böhranını və Ukraynadakı vəziyyəti müzakirə etdik", - Rusiya prezidenti bildirib.

Rusiya dövlət başçısı ölkəsinin G20 sədri Almaniyaya bütün zəruri yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

 A.Merkel çıxışında V.Putinlə danışıqların intensiv hal aldığını deyib: "Rusiya konstruktiv tərəfdaşdır."

Kansler ikitərəfli, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsindən əlavə, tərəflərlərin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiyini vurğulayıb.

"Vəziyyətin nizamlanması üçün Normand formatını dəstəkləməyə davam edəcəyik. Çətin prosesdir, çox zəif sürətlə irəli addımlayırıq. Bu mərhələdə əsas atəşkəs və barışığı bərpa etmək, sonrakı siyasi addımları müəyyənləşdirməkdir" - A.Merkel bildirib.

Onun sözlərinə görə, Almaniya həmçinin terrorizmə qarşı birgə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi