Vladimir Putin: "Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək"

Vladimir Putin: "Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək" Rusiya prezidenti "İl-20"nin Suriyada qəzaya uğramasının Türkiyənin "Su-24"ü vurmasıyla müqayisə edilməməsinə çağırıb
Digər ölkələr
18 Sentyabr , 2018 18:02
Vladimir Putin: Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək
РИА Новости

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "İl-20" təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş "Su-24"lə müqayisə edilməməsinə çağırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Macarıstanın baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb, çünki İsrail təyyarəsi bizim təyyarəni vurmayıb", - V.Putin deyib.

Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək və bunu hamı hiss edəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi israilli pilotların Rusiyanın "İl-20" təyyarəsindən sipər kimi istifadə edib özlərinin Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına səbəb olduqlarını bildirib. Hadisə nəticəsində 15 Rusiya hərbçisi ölüb.

Son xəbərlər

Orphus sistemi