Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə sazişi ratifikasiya edib

Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə sazişi ratifikasiya edib Daha əvvəl bu sazişi Dövlət Duması və Federasiya Şurası təsdiq etmişdi
Digər ölkələr
14 Oktyabr , 2016 12:08
Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə sazişi ratifikasiya edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi barədə Suriya tərəfi ilə olan sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, daha əvvəl bu sazişi Dövlət Duması və Federasiya Şurası təsdiq etmişdi.

Saziş Rusiya və Suriya nümayəndələri tərəfindən hələ ötən il imzalanmışdı, lakin onun ratifikasiyası bu ilin payızından başlanıb.

Sənəddə deyilir ki, Rusiya aviasiya qrupu Suriyada Bəşşar Əsəd hökumətinin xahişi ilə yerləşdirilib və aviaqrup üçün silah və yanacaq Suriyaya heç bir rüsum tutulmadan idxal olunacaq.

Müqaviləyə əsasən, Rusiya aviasiya qrupunun tərkibi Suriya hökuməti ilə razılaşdırılma yolu ilə Rusiya tərəfindən müəyyən edilir.

Sənəddə, həmçinin göstərilib ki, Suriya tərəfinin Rusiyaya, onun aviaqrupu və şəxsi heyətinə heç bir narazılığı yoxdur və onların fəaliyyəti ilə bağlı heç bir iddia qaldırmayacaq.

Son xəbərlər

Orphus sistemi