Vladimir Putin: "Əl-Qaidə" və Bin Ladeni ABŞ özü yetişdirib"

Vladimir Putin: "Əl-Qaidə" və Bin Ladeni ABŞ özü yetişdirib" "Bu, həm də Əfqanıstanda Sovet müharibəsi dövründən başlayıb"
Digər ölkələr
13 İyun , 2017 08:30
Vladimir Putin: Əl-Qaidə və Bin Ladeni ABŞ özü yetişdirib
Zercalo.org

Bakı. 13 iyun. REPORT.AZ/ "Necə ki, Üsamə bin Laden, eləcə də "Əl-Qaidə" Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

"Əl-Qaidə" bizim fəaliyyətimizin nəticəsi deyil. O, bizim amerikalı dostlarımızın fəaliyyətinin nəticəsidir. Bu, həm də Əfqanıstanda Sovet müharibəsi dövründən, Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunlarına qarşı mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəklədikləri zamandan başlayıb. "Əl-Qaidə" və Bin Ladeni amerikalılar özləri yetişdiriblər", - deyə Putin bildirib.

Son xəbərlər

Orphus sistemi