Vladimir Putin ABŞ-ı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib

Vladimir Putin ABŞ-ı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib "Suriyaya zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib"
Digər ölkələr
14 Aprel , 2018 12:15
Vladimir Putin ABŞ-ı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib

Bakı. 14 aprel. REPORT.AZ/ "ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya dövlət başçısı vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön planda olan suveren dövlətə qarşı təcavüz aktı kimi qələmə verib.

V.Putin qeyd edib ki, ABŞ-ın Suriya ərazisinə zərbələri ölkədəki humanitar fəlakəti daha da dərinləşdirir və yeni qaçqın dalğasının yaranmasına əsas verir.

Son xəbərlər

Orphus sistemi