Virciniyada "Dorian" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Virciniyada "Dorian" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib ABŞ-ın Virciniya ştatının qubernatoru Ralf Nortem yaxınlaşan Dorian qasırğası ilə əlaqədar fövqəladə vəziyyətin rejimi elan edib.
Digər ölkələr
3 Sentyabr , 2019 04:57
Virciniyada Dorian qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Virciniya ştatının qubernatoru Ralf Nortem yaxınlaşan "Dorian" qasırğası ilə əlaqədar fövqəladə vəziyyətin rejimi elan edib.

"Report"un məlumatına görə, ştat başçısının saytında bildirilir.

"Yerli hakimiyyətə və ictimaiyyətə lazımlı köməyi təmin etmək üçün fövqəladə vəziyyət rejimini elan edirəm", - deyə xəbərdə bildirilir.

Qubernator həmçinin bütün sakinləri təbii fəlakətə hazırlaşmaq üçün lazımlı ehtiyat tədbirləri görməyə çağırıb. 

Qeyd edək ki, Baham adalarında azı 5 nəfər "Dorian" qasırğasının qurbanı olub. Baham adalarının baş naziri Hyubert Minnis jurnalistlərə açıqlamasında təbii hadisə zamanı daha 21 nəfərin müxtəlif xəsarətlər aldığını bildirib. 

Son xəbərlər

Orphus sistemi