Vilnüsdə 50-ci Beynəlxalq Folklor Festivalı keçirilib

Vilnüsdə 50-ci Beynəlxalq Folklor Festivalı keçirilib Litvanın Vilnüs şəhərində 50-ci Beynəlxalq Folklor Festivalı keçirilib.
Digər ölkələr
29 May , 2023 09:23
Vilnüsdə 50-ci Beynəlxalq Folklor Festivalı keçirilib

Litvanın Vilnüs şəhərində 50-ci Beynəlxalq Folklor Festivalı keçirilib.

“Report” xəbər verir ki, mayın 25-dən 28-dək keçirilən tədbirdə ölkənin müxtəlif regionlarından yüzlərlə ifaçı və başqa xalqların folklor ansamblları milli geyimlərdə çıxış edərək qədim folklor nümunələrini səsləndiriblər.

Festival çərçivəsində digər konsertlər, gecə rəqsləri, sənətkarların yarmarkası və s. təşkil edilib.

Qeyd edək ki, “Skamba skamba kankliai” adlanan bu festival 1973-cü ildən bəri hər il mayın son həftəsonu Vilnüsün “Old Town”unda təşkil edilir. Litva folklor hərəkatına əhəmiyyətli təsiri olmuş bu festival Avropadakı bir neçə orijinal etno musiqi festivalından biridir.

Bu festival ötən 50 il ərzində Litvanın hər yerindən folklor həvəskarlarını bir yerə toplayıb. İnsanlar unudulmaz tədbir hesabına onları köklərinə qaytaran ən nadir və qiymətli folklor nümunələri ilə tanış olublar. Folklor festivalı insanlara musiqi sədaları altında təkcə əyləncə bəxş etməyib, həm də onlara tarixlərini xatırladıb, ənənəvi mədəniyyətlərini qorumağı aşılayıb.

Son xəbərlər

Orphus sistemi