Viktoriya Skripal: "Yuliya Skripal özünü yaxşı hiss edir"

Viktoriya Skripal: "Yuliya Skripal özünü yaxşı hiss edir" Bakı. 5 iyul. REPORT.AZ/ Britaniyanın Solsberi şəhərində zəhərlənmə zamanı zərər çəkmiş Yuliya Skripal özünü yaxşı hiss edir.
Digər ölkələr
5 İyul , 2018 01:50
Viktoriya Skripal: Yuliya Skripal özünü yaxşı hiss edir

Bakı. 5 iyul. REPORT.AZ/ Britaniyanın Solsberi şəhərində zəhərlənmə zamanı zərər çəkmiş Yuliya Skripal özünü yaxşı hiss edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Viktoriya Skripal xəbər verib.

"O ton və gümrah səslə, hansı ki o danışırdı, düşünürəm, özünü əla hiss edir", - deyə Skripal qeyd edib.

O, bacısı ilə telefon danışığının təfərrüatlarını açıqlamayıb.

Hazırda Yaroslavlda yaşayan Viktoriya Britaniyaya viza almaq üçün sənədləri toplayır. Bu ilin yazında ona qohumlarına baş çəkmək üçün viza verilməyib. 

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripal bir neçə ay əvvəl Britaniyada zəhərləniblər.

Son xəbərlər

Orphus sistemi