Viktoriya Skripal ona Britaniya vizasının verilməməsinin səbəblərini açıqlayıb

Viktoriya Skripal ona Britaniya vizasının verilməməsinin səbəblərini açıqlayıb O, rədd cavabından sonra krallığın baş naziri Tereza Meyə məktubla müraciət edib
Digər ölkələr
8 Aprel , 2018 02:33
Viktoriya Skripal ona Britaniya vizasının verilməməsinin səbəblərini açıqlayıb

Bakı. 8 aprel. REPORT.AZ/ Böyük Britaniya səfirliyi Viktoriya Skripala viza verməkdən imtinanı açıq qaytarılma tarixi, hesabda 150 min rublun olmaması, həmçinin onun xalası qızı Yuliyanın onu görmək istəməməsi ilə izah edib.

“Report” "İnterfax"a istinadən xəbər verir ki, bunu qadın özü danışıb.

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın qızı rəddə cavabı aldıqda, Böyük Britaniyanın baş naziri Tereza meyə məktub ilə müraciət edib. O, baş nazirdən viza almaqda köməklik göstərməsini xahiş edib.

"Mən məktub yazdım. Hazırda KİV vasitəsi ilə ona müraciət etmişəm, həmçinin bunu internetlə bütün portallara yollayacağam, eyni zamanda öz Xarici İşlər Nazirliyimizdən kanalları vasitəsi ilə məktubu ona göndərməyi xahiş edəcəyəm", - deyə Viktoriya Skripal bildirib.

Son xəbərlər

Orphus sistemi