Viktor Orban: "TDƏŞ-yə üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar"

Viktor Orban: "TDƏŞ-yə üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar" Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar.
Digər ölkələr
3 Sentyabr , 2018 23:39
Viktor Orban: TDƏŞ-yə üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar".

“Report” xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macar xalqının türkdilli xalqlarla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Viktor Orban bildirib:

"Şuraya üzv ölkələr Macarıstanın xarici siyasətində çox vacib rol oynayırlar və Türkiyə ilə olduğu kimi, Azərbaycan və Qazaxıstan arasında münasibətlər bir neçə ildir ki, strateji tərəfdaşlıq səviyyəsindədir. Məqsəd həm də Qırğızıstan və Özbəkistan ilə münasibətləri eyni səviyyəyə çatdırmaqdır. Onu da deyim ki, Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd verir".

Son xəbərlər

Orphus sistemi