Viktor Orban Avropa Komissiyasının sədr müavininin istefasını istəyib

Viktor Orban Avropa Komissiyasının sədr müavininin istefasını istəyib O, sədr müavinini Macarıstanın ünvanına təhqiramiz ifadələr işlətməkdə ittiham edib.
Digər ölkələr
29 Sentyabr , 2020 16:27
Viktor Orban Avropa Komissiyasının sədr müavininin istefasını istəyib
Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasına məktub ünvanlayaraq qurumun sədr müavini Vera Yurovanın vəzifəsindən azad edilməsini istəyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, sədr müavinini Macarıstanın ünvanına təhqiramiz ifadələr işlətməkdə ittiham edib.

“Sədr müavini Macarıstanda “xəstə demokratiyanın” formalaşdığını, eləcə də Avropa İttifaqının macar milliyətindən olan vətəndaşlarının müstəqil rəyinin formalaşmaq hüququnun olmadığını deyib”, - baş nazir Avropa Komissiyasının başçısı Ursula fon der Lyayenə ünvanladığı məktubda bildirib.

Son xəbərlər

Orphus sistemi