Vest Hinddəki Britaniya adasında içərisində 20 meyit olan qayıq tapılıb

Vest Hinddəki Britaniya adasında içərisində 20 meyit olan qayıq tapılıb Ehtimal olunur ki, qayıq Karib regionundan gəlib və Haitidən 144 kilometr şimalda, Baham adaları arxipelaqının cənub-şərqində yerləşən Törks və Kaykos adaları təyinat nöqtəsi olmayıb
Digər ölkələr
28 İyun , 2021 13:14
Vest Hinddəki Britaniya adasında içərisində 20 meyit olan qayıq tapılıb

Böyük Britaniyanın Vest Hind adalarındakı dənizaşırı ərazisi olan Törks və Kaykos adaları sahilində içərisində 20 meyit olan qayıq aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Turks and Caicos Sun” qəzeti məlumat verib.

Kiçik gəmi iyunun 24-də Qrand Törk adası sahillərində balıqçı tərəfindən aşkar edilib və o, bu barədə polisə xəbər verib.

Qayıddakı meyitlər çürümə prosesində olub. Polis rəsmisi Takara Bayn ölümlərin səbəblərinin hələ aydın olmadığını, ancaq ilk baxışdan zorakı ölüm əlamətləri görünmədiyini söyləyib.

Ehtimal olunur ki, qayıq Karib regionundan gəlib və Haitidən 144 kilometr şimalda, Baham adaları arxipelaqının cənub-şərqində yerləşən Törks və Kaykos adaları təyinat nöqtəsi olmayıb.

Yerli hüquq-mühafizə orqanları ölənlərin şəxsiyyətini və onların ölüm səbəbini müəyyənləşdirməyə çalışır.

Son xəbərlər

Orphus sistemi