​Vertolyot qəzası zamanı BMT missiyasının iki hərbçisi həlak olub

​Vertolyot qəzası zamanı BMT missiyasının iki hərbçisi həlak olub Helikopter Malidə yerə eniş edərkən qəzaya uğrayıb
Digər ölkələr
17 Mart , 2015 23:03
​Vertolyot qəzası zamanı BMT missiyasının iki hərbçisi həlak olub

Bakı. 17 mart. REPORT.AZ/ BMT-nin Malidə stabilləşdirmə üzrə çoxprofilli kompleks missiyasının iki hərbçisi çərşənbə axşamı Qao şəhəri yaxınlığında baş verən vertolyot qəzası zamanı həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətindəki mənbələr məlumat verib.

Onların məlumatına görə, vertolyot eniş edən zaman qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan iki hərbçi ağır yaralanıb, sonra isə keçiniblər.

Missiyadan vertolyotun qəzaya uğraması faktını təsdiq ediblər və ölənlərin Niderland vətəndaşı olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi