Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər

Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gündən - bazar ertəsindən başlayaraq, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yeni vergi tətbiq olunacaq.
Digər ölkələr
7 Yanvar , 2019 04:29
Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gündən - bazar ertəsindən başlayaraq, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yeni vergi tətbiq olunacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yenilik səyahətçilər üçün nəzərə çarpmayacaq. Çünki bu məbləğ təyyarə və ya gəmi biletinin qiymətinə daxil ediləcək.

Yeni vergilər iki yaşına qədər uşaqlara, ölkədə 24 saatdan az qalan tranzit sərnişinlərə, deportasiya edilənlərə və Yaponiyaya məcburi gələnlərə, məsələn, ölkəyə təcili təyyarə enişləri ilə daxil olanlara şamil olunmayacaq.

Hakimiyyət orqanlarının hesablamalarına görə, vergi ölkəyə 50 milyard ien (təxminən 460 milyon dollar) gəlir gətirəcək. Vəsait Tokioda yay Olimpiya oyunları ərəfəsində infrastrukturun inkişafına xərclənəcək. Oyunlar 2020-ci ildə keçiriləcək.

Daha əvvəl Yaponiya parlamenti miqrant işçilərə ölkəyə giriş imkanı verən qanun qəbul edib.

Son xəbərlər

Orphus sistemi