Venesuelda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 40-a çatıb

Venesuelda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 40-a çatıb Müxalifət Maduronun bu addımını dövlət çevrilişi adlandırır
Digər ölkələr
6 May , 2017 09:55
Venesuelda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 40-a çatıb

Bakı. 6 may. REPORT.AZ/ Venesuelanın Valensiya şəhərində etiraz aksiyasının iştirakçıları ilə polis arasındakı qarşıdurma zamanı asayiş keşikçisinin açıdığı atəş nəticəsində Ekder Luqo adlı müxalifətçi ölüb, 4 nümayişçi yaralanıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda şəhər meri Enzo Skrano “Twitter” səhifəsində yazıb.

İnformasiyaya əsasən, son bir ayda Venesuelada keçirilən etiraz aksiyaları nəticəsində 40-a yaxın müxalifətçi və polis əməkdaşı ölüb.

Məlumata görə, apreldən başlayan etiraz aksiyaları nəticəsində 717 nəfər yaralanıb, müxalifətin 152 nümayəndəsi hələ də həbsdədir.

Xatırladaq ki, ölkə prezidenti Nikolas Maduro indiki Milli Assambleyanı buraxıb, onun yerinə yeni parlament seçkiləri keçirərək, quruma mövcud konstitusiyaya dəyişiklik etmək hüququ verəcək. Bununla həm də müxalifət liderlərinin hakimiyyətdə seçki yolu ilə təmsil olunmasının qarşısını alacaq.

Müxalifət Maduronun bu addımını dövlət çevrilişi adlandırır.

İndiki parlamentin üzvlərinin çoxu müxalifət təmsilçiləridir.

ABŞ hesab edir ki, bu Maduronun hakimiyyətdə qalması üçün cəhddir. Braziliya isə Venesuela prezidentinin hərəkətini “çevriliş” adlandırıb. 

Son xəbərlər

Orphus sistemi