Venesuelanın XİN rəhbəri ölkədə böhranın yaranmasında ABŞ-ı ittiham edib

Venesuelanın XİN rəhbəri ölkədə böhranın yaranmasında ABŞ-ı ittiham edib Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ Venesuelada humanitar böhran adlandırdığı ağır sosial-iqtisadi vəziyyətin yaranmasında günahkardır.
Digər ölkələr
5 İyun , 2018 03:57
Venesuelanın XİN rəhbəri ölkədə böhranın yaranmasında ABŞ-ı ittiham edib

Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ Venesuelada "humanitar böhran" adlandırdığı ağır sosial-iqtisadi vəziyyətin yaranmasında günahkardır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Vaşinqtonda Bolivar Respublikasının xarici işlər naziri Xorxe Arreasa Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeonun Amerika Dövlətləri Təşkilatının 48-ci sessiyasında etdiyi bəyanata cavab olaraq deyib.

Dövlət Departamentinin rəhbəri iddia edib ki, hazırda region ölkələri üçün "Venesuelada demokratiyanın tam şəkildə məhv edilməsi və ürəkağrıdan humanitar fəlakətdən ciddi çağırış" yoxdur.

"Sizin dediyiniz humanitar böhranı Bolivar Respublikasına qarşı dağıdıcı siyasətini davam etdirən ABŞ yaradır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi