​Venesuelanın neft platformasında partlayış baş verib

​Venesuelanın neft platformasında partlayış baş verib Nəticədə bir neçə nəfər yaralanıb
Digər ölkələr
29 Yanvar , 2016 08:04
​Venesuelanın neft platformasında partlayış baş verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən gün axşam saatlarında Venesuela Dövlət Neft Şirkəti PDVSA-nın neft platformasında partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, "El Nacional" portalının məlumatına görə, insident Marakaybo gölündə yerləşən platformada qeydə alınıb.

Şirkətin bir neçə əməkdaşının itkin düşə biləcəyi istisna olunmur.

Zərərçəkənlərdən biri bədənin 90 faiz yanığı xəsarəti alıb və vertolyot vasitəsilə qospitala aparılıb.

Son xəbərlər

Orphus sistemi