Venesuelanın keçmiş DİN rəhbəri saxlanılıb

Venesuelanın keçmiş DİN rəhbəri saxlanılıb Bakı. 14 mart. REPORT.AZ/ Venesuelanın kəşfiyyat orqanı Sebinin əməkdaşları ölkənin keçmiş daxili işlər nazirini saxlayıb.
Digər ölkələr
14 Mart , 2018 04:22
Venesuelanın keçmiş DİN rəhbəri saxlanılıb

Bakı. 14 mart. REPORT.AZ/ Venesuelanın kəşfiyyat orqanı "Sebinin" əməkdaşları ölkənin keçmiş daxili işlər nazirini saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Məlumata görə, sabiq nazir Migel Rodriqes Torres Karakasda, otellərdən birində saxlanılıb. Nəşrin xəbərində bildirilir ki, Torres Hərbi Əkskəşfiyyat İdarəsinə aparılıb.

Daha əvvəl Torres üsyançıların lideri Oskar Pereslə əlaqədə şübhəli bilinirdi.

Son xəbərlər

Orphus sistemi