Venesuelanın HHQ ölkənin hava məkanını pozan naməlum təyyarə vurublar

Venesuelanın HHQ ölkənin hava məkanını pozan naməlum təyyarə vurublar Bu Amerika istehsalı King 200 ikimotorlu təyyarə olub
Digər ölkələr
4 Noyabr , 2014 11:41
Venesuelanın HHQ ölkənin hava məkanını pozan naməlum təyyarə vurublar

Bakı. 4 noyabr. REPORT.AZ/ Venesuelanın Hərbi Hava Qüvvələri (HHQ) Kolumbiya ilə sərhəddəki Apure ştatında ölkənin hava məkanını pozan naməlum təyyarəni vurublar. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri və eyni zamanda Milli Bolivarian Silahlı Qüvvələrinin Operativ Strateji Komandanlığının rəhbəri Vladimir Padrino Lopes bildirib.  

General öz Twitter səhifəsində Apure ştatında King 200 təyyarəsinin vurulduğunu qeyd edib və Amerika istehsalı olan ikimotorlu təyyarənin qalıqlarını əks etdirən fotolar yerləşdirib.  

Venesuelanın Milli Assambleyası 2012-ci ilin may ayında hava məkanının müdafiəsi haqqında qanun qəbul edib. Həmin qanun hərbi pilotların yerə enmə haqqında tələbinə cavab verməyən təyyarələrin silahlı qüvvələr tərəfindən vurulmasına imkan verir.

Son xəbərlər

Orphus sistemi