Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib

Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib Bakı. 22 fevral. REPORT.AZ/ Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən 56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib.
Digər ölkələr
22 Fevral , 2019 06:15
Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib

Bakı. 22 fevral. REPORT.AZ/ Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən 56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmin diplomatlarla işləməyə hazır olduqlarını deyib.

"Biz keçmiş rejimin 56 diplomatından 11-ni öz diplomatik missiyamıza qəbul edirik. Onlarla işləməyə hazırıq", - deyə o bildirib.

Həmçinin Quaido tərəfindən təyin edilmiş səfir müşaviri Qustavo Markanonun sözlərinə görə, müxalifət nümayəndələri respublikanın ABŞ-dakı hesab və mülkiyyətlərini dondurmağa müvəffəq olublar.

Daha əvvəl Venesuelanın Braziliya ilə sərhədi bağladığı məlum olub.

Son xəbərlər

Orphus sistemi