Venesuelanın 16 ştatında elektrik kəsilib

Venesuelanın 16 ştatında elektrik kəsilib Karakasın bir neçə bölgəsində və Venesuelanın 16 ştatında qəza baş verib.
Digər ölkələr
23 İyul , 2019 04:10
Venesuelanın 16 ştatında elektrik kəsilib

Karakasın bir neçə bölgəsində və Venesuelanın 16 ştatında qəza baş verib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə El Nacional qəzeti məlumat yayıb.  

Bildirilir ki, qəza bazar ertəsi günortadan sonra olub. Venesuela Milli Elektrik Korporasiyası qeyd edir ki, hazırda Karakasın bir neçə rayonu qəza səbəbindən işıqsız qalır. 

Eyni zamanda Miranda və Sukre əyalətlərinin bir neçə bölgəsində elektrik enerjisi ilə bağlı problemlərin olduğunu bildirilib.

Hazırda elektrik enerjisinin ən qısa müddətdə bərpa olunması işləri aparılır. 

Son xəbərlər

Orphus sistemi