Venesuelada toqquşmalar olub, hərbi müəssisənin rəhbəri saxlanılıb - YENİLƏNİB - VİDEO

Venesuelada toqquşmalar olub, hərbi müəssisənin rəhbəri saxlanılıb - YENİLƏNİB - VİDEO Venesuela müxalifətinin lideri Xuan Quaidoya bağlı silahlı dəstələr tərəfindən Marakai şəhərində silah istehsal edən “Cavim” dövlət müəssisəsinin rəhbəri, general Karlos Armas Lopes saxlanılıb.
Digər ölkələr
30 Aprel , 2019 19:13
Venesuelada toqquşmalar olub, hərbi müəssisənin rəhbəri saxlanılıb - YENİLƏNİB - VİDEO

Venesuela müxalifətinin lideri Xuan Quaidoya bağlı silahlı dəstələr tərəfindən Marakai şəhərində silah istehsal edən “Cavim” dövlət müəssisəsinin rəhbəri, general Karlos Armas Lopes saxlanılıb.

“Report” İspaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Venesuelada olan bəzi jurnalistlər bildirir.

AP isə xəbər verir ki, Karakasda bir qədər əvvəl X.Quaidonun çıxış etdiyi hərbi hava qüvvələrinin bazası yaxınlığında toqquşmalar başlayıb, bibər qazı tətbiq olunur. Buna baxmayaraq, X.Quaidonun ərazini tərk etmədiyi bildirilir. Sosial şəbəkələrdə hadisə yerindən hökumət qüvvələrinin bibər qazından istifadəsini əks etdirən videolar yayılıb.


***15:29

Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia edilən, hərbçilərə növbəti addımları bildirdiyini əks etdirən video da yerləşdirib.

"Venesuela xalqı hakimiyyət qəsbinin sonuna dair qərarını verib. Bu dəqiqə "Azadlıq" əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm", - X.Quaido yazıb.

O həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.

Bununla bağlı İnformasiya naziri Xorxe Rodrigues “Twitter”dəki səhifəsində “Venesuela xain kiçik hərbi qrup tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb.

Son xəbərlər

Orphus sistemi