Venesuelada soyğunçuluq və etirazlar nəticəsində 4 nəfər ölüb

Venesuelada soyğunçuluq və etirazlar nəticəsində 4 nəfər ölüb Ölkədəki ağır iqtisadi vəziyyətlə bağlı keçirilən etiraz aksiyalrda 120 nəfər ölüb
Digər ölkələr
13 Yanvar , 2018 01:55
Venesuelada soyğunçuluq və etirazlar nəticəsində 4 nəfər ölüb
Foto: Gs.fm

Bakı. 13 yanvar. REPORT.AZ/ Venesuelanın Merida ştatında qida çatışmazlığına qarşı keçirilən etirazlar və soyğunçuluq halları nəticəsində azı 4 nəfər ölüb

"Report" RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Ramon Qevara deyib.

Məlumata görə, 15 nəfərdən çox xəsarət alan var, 12 şəxs saxlanılıb.

Belə ki, etirazlar Meridanın 4 bələdiyyəsində başlayıb. İnsanlar fermalara hücum edərək aclığı bəhanə gətirməklə 200-dən çox mal-qaranı kəsib. Həmçinin içərisində qidanın olduğu 12 yük maşını qarət edilib.

Ölkədəki ağır iqtisadi vəziyyətlə bağlı keçirilən etiraz aksiyalarında ümumilikdə 120 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi