Venesuelada silahlı şəxslər 12 nəfəri güllələyib

Venesuelada silahlı şəxslər 12 nəfəri güllələyib İlkin ehtimala görə, hadisəyə səbəb cinayətkar qruplaşmalar arasındakı toqquşmadır
Digər ölkələr
29 May , 2016 03:42
Venesuelada silahlı şəxslər 12 nəfəri güllələyib

Bakı. 29 may. REPORT.AZ/ Venesuelanın şimal-qərbindəki Truxilo ştatında cinayətkarlar 12 sakini güllələyib.

“Report”un məlumatına görə, bu barədə “El Universal” internet qəzeti xəbər verib. Küçədə öldürülənlərdən 4-ü uşaqdır.

Hadisəni törədənlər cinayətdən dərhal sonra hadisə yerindən motosikl və avtomobillərlə uzaqlaşıblar. Polis cinayətkarların axtarışına başlayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb cinayətkar qruplaşmalar arasındakı toqquşmadır.

Polisin araşdırmaları zamanı məlum olub ki, öldürülənlərdən ikisi qətl hadisəsinə görə axtarışda olub.

Venesuelanın Baş Prokurorluğu sosial problemlər və digər səbəblər üzündən son illər ölkədə cinayət hadisələrinin sayının artdığı bildirir. 

Son xəbərlər

Orphus sistemi