Bakı. 29 yanvar. REPORT.AZ/ Venesuelada hazırkı Prezident Nikolas Maduroya qarşı kütləvi etirazların başlanmasından bəri 850-dən çox adam saxlanılıb.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Həmçinin aksiyalar zamanı ölənlərin sayının bu ana qədər azı 40 nəfər olduğu bildirilir.
Qeyd olunur ki, təkcə yanvarın 23-də Venesuelada son 20 ildə rekord sayda nümayişçi - 696 nəfər saxlanılıb.
Daha əvvəl ABŞ-ın Venesuela hökumətini gəlir mənbələrindən məhrum etmək niyyətində olduğu bildirilib.