Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib

Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib Əməliyyat zamanı qumbaralar, avtomatlar, səsboğucular və hərbi formalar aşkar edilib
Digər ölkələr
23 Yanvar , 2019 10:17
Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın Milli Silahlı Qüvvələri üzvləri bugünkü nümayiş iştirakçılarına hücum etməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suliya ştatının qubernatoru Omar Prieto qruplaşma üzvlərindən birinin öldürüldüyünü, digərinin isə axtarıldığını bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı qumbara, avtomat, səsboğucu və hərbi formalar aşkarlanıb.

Qeyd edək ki, Venesuelanın müxtəlif şəhərlərində Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Bu günə ölkədə həm hökumət əleyhdarlarının, həm də hazırkı prezidentin tərəfdarlarının yürüşləri planlaşdırılır. Yerli mətbuatın yazdığına görə, etirazlarda artıq 2 nəfər ölüb, 2-si də yaralanıb.

Son xəbərlər

Orphus sistemi