Venesuelada onlarla məhbus həbsxanadan qaçıb

Venesuelada onlarla məhbus həbsxanadan qaçıb Venesuelanın Nueva-Esparta ştatında təxminən 60 məhbus həbsxanadan qaçıb.
Digər ölkələr
17 Aprel , 2019 01:28
Venesuelada onlarla məhbus həbsxanadan qaçıb

Venesuelanın Nueva-Esparta ştatında təxminən 60 məhbus həbsxanadan qaçıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, məhbuslar əvvəlcə iki keşikçiyə hücum ediblər, onları zərərsizləşdirdikdən sonra silahlarını ələ keçiriblər. Nəticədə məhkumlar həbsxanadan qaçmağa müvəffəq olublar.

Qeyd edilir ki, qaçış zamanı bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Hadisə zamanı yaralanan keşikçilər xəstəxanaya yerləşdiriliblər.

Hazırda məhbusların axtarışları aparılır.

Son xəbərlər

Orphus sistemi