Venesuelada nümayişin dağıdılması zamanı 20-dən çox insan xəsarət alıb

Venesuelada nümayişin dağıdılması zamanı 20-dən çox insan xəsarət alıb Milli Qvardiya aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib
Digər ölkələr
9 May , 2017 07:35
Venesuelada nümayişin dağıdılması zamanı 20-dən çox insan xəsarət alıb
Universal

Bakı. 9 may. REPORT.AZ/ Venesuela Milli Qvardiyası ölkənin paytaxtı Karakasda müxalifət tərəfindən təşkil olunan yürüşün dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə 20-dən çox yürüş iştirakçısı xəsarət alıb.

Milli Assambleyanın deputatı Migel Pisarronnun sözlərinə görə, güc strukturlarının bölmələri paytaxtın Çakaito rayonunda etirazçılara qarşı gözyaşardıcı qaz və pnevmatik silah tətbiq edib.

Aprelin əvvəlindən keçirilən etiraz aksiyaları zamanı 37 nəfər ölüb, 400-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi