Yuxarı
    Bağlamaq

    Venesuelada maskalı şəxslər xəstəxanaya hücum edib

    Hadisə Barkisimeto şəhərində baş verib

    Bakı. 1 iyul. REPORT.AZ/ Venesuelada bir qrup silahlanmış maskalı şəxs xəstəxanaya hücum edib.

    "Report"un "El Nacional"a istinadən verdiyi xəbərə görə, hadisə Barkisimeto şəhərində baş verib.

    Nəşrin yazdığına görə, hücum edənlər hakimiyyətyönümlü qruplaşmaların üzvləri olub.

    Bundan öncə yayılan xəbərə görə Barkisimeto şəhərində keçirilən etiraz aksiyaları zamanı Milli Qvardiyanın polkovnik-leytenantı Qustavo Bustasa yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi