Yuxarı
    Bağlamaq

    Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb

    Romeronun verdiyi məlumata görə, 49 nəfər birbaşa aksiyalar zamanı öldürülüb© İnformator.news

    Bakı. 30 may. REPORT.AZ/ Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb.

    "Report" "Nacional" portalına istinadən xəbər verir ki, bu barədə "Venesuelanın cinayət forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero bildirib.

    Romeronun verdiyi məlumata görə, 49 nəfər birbaşa aksiyalar zamanı öldürülüb, qalanları isə müxtəlif insidentlər, bədbəxt hadisələr və soyğunçuluq nəticəsində həlak olub.

    Ölkənin baş prokuroru Luis Oreqo Diasın yaydığı rəsmi məlumatda isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu bildirilir. Lakin yerli mətbuat ölənlərin sayının 60-dan çox olduğunu yazır.

    Venesuelada kütləvi etiraz aksiyaları aprelin əvvəllərindən keçirillir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətini məhdudlaşdırması olub. Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin vəzifədən uzaqlaşdırılmalarını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi