Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb

Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb Aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub, 1,4 mindən artıq insan xəsarət alıb
Digər ölkələr
4 İyul , 2017 08:05
Venesuelada keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb
Dailycaller.com

Bakı. 4 iyul. REPORT.AZ/ Venesuelada son 3 aydan artıq müddətdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 88 nəfər öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "El Nacional" qəzetinin elektron versiyası xüsusi hesabatlara əsasən məlumat yayıb.

Ölkənin Baş Prokurorluğunun məlumatında isə vurğulanır ki, aprelin 1-dən davam edən etiraz aksiyalarında 84 nəfər zorakılığın qurbanı olub. Habelə 1,4 mindən artıq insan xəsarət alıb.

Müxalifət nemayəndələri isə bildirirlər ki, aksiyalar zamanı 15 min nəfər xəsarət alıb. Ölkənin qeyri-hökumət təşkilatı "Venesuelanın cinayət forumu" 3,55 min nəfərin saxlanıldığını xəbər verib. Onlardan 1,1 min nəfəri hələ də həbsdədir.

Qeyd edək ki, Venesuelada etirazlar Ali Məhkəmənin müxalif Milli Assambleyanın fəaliyyətini məhdudlaşdırması barədə qərarından sonra başlayıb.

Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin istefaya göndərilməsi və növbədənkənar seçkilərin keçirilməsi, habelə təsis yığıncağının çağırılmasına qarşı tələblərlə küçələrə çıxaraq bunu konstitusiyanı dəyişmək cəhdi hesab ediblər.  

Son xəbərlər

Orphus sistemi