Venesuelada karnaval iştirakçılarına atəş açılıb, ölənlər və yaralananlar var

Venesuelada karnaval iştirakçılarına atəş açılıb, ölənlər və yaralananlar var Bakı. 13 fevral. REPORT.AZ/ Venesuelada naməlum şəxs karnaval yürüşünün iştirakçılarına atəş açıb.
Digər ölkələr
13 Fevral , 2018 04:11
Venesuelada karnaval iştirakçılarına atəş açılıb, ölənlər və yaralananlar var

Bakı. 13 fevral. REPORT.AZ/ Venesuelada naməlum şəxs karnaval yürüşünün iştirakçılarına atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "Nacional" məlumat yayıb.

Qeyd edilir ki, hadisə El-Kalyao bələdiyyəsində baş verib. Atəş nəticəsində 3 nəfər öldürülüb, habelə daha bir neçə nəfər yaralanıb.

Ölənlərin hamısı gənclərdir. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hələlik cinayətkarı yaxalaya bilməyib.

Son xəbərlər

Orphus sistemi