Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən ilin yekunlarına əsasən Venesuelada inflyasiya 800 faiz təşkil edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ölkənin Mərkəzi Bankına istinadən xəbər verib.
Məlumatda bildirilir ki, 2016-cı ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 18,6 faiz azalıb. Agentlik bunun son 13 ildə ən güclü tənəzzül olduğunu qeyd edib.