Bakı. 12 avqust. REPORT.AZ/ Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes "Paramakay" hərbi bazasına hücumun təşkilatçılarının avqustun 6-da saxlanıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
Qeyd olunur ki, onların arasında hücumun təşkilatçıları və zəruri arsenalı (silah anbarı) hazırlayanlar da var. Padrino Lopesin sözlərinə görə, onlar Karakasda saxlanılıblar.
"Hücumun təşkilatçılarının tutulması faşist terroruna zərbədir", - deyə Venesuelanın naziri yazıb.